Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbində Unutmayaq ki, unutdurmayaq - unutdurmayaq ki, unutmayaq adlı tədbir keçirilib - FOTO

Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbində “Unutmayaq ki, unutdurmayaq - unutdurmayaq ki, unutmayaq” adlı tədbir keçirilib FOTO

Azərbaycan... Nələr çəkmiş başın sənin... Zaman –zaman torpaqları param-parça olmuş Azərbaycan... Soydaşları yurdundan didərgin olan Azərbaycan... Erməni xisləti, imperiya oyunlarının qurbanı olan Azərbaycan... Son iki əsrdə başı olmazın müsibətlər çəkmiş Azərbaycan...
31 mart – Azərbaycan tarixini, ən faciəvi, ən qanlı – qadalı günlərdən biridir. 1918 – ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində eləcə də Şamaxı, Quba , Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğın Azərbaycan tarixində mart qırğını və ya mart hadisələri kimi qiymətləndirilir.
İllər ərzində Sovet ideoloji təbliğatı nəticəsində tariximizin bir sıra səhifələri bizə unutduruldu. 31 mart soyqırımı da istisna deyildi.
Yalnız ümummilli lider H.Əliyevin 1998-ci ildə 31 mart tarixində verdiyi fərman nəticəsində tarixin unutdurulmuş anları yenidə yaddaşlara köçürüldü və fərmana əsasən hər il 31 mart azərbaycanların soyqırımı günü kimi qeyd olunur.
31 mart 2016-cı il tarixində F. Əmirov adına 6 saylı onbirillik UİM-də Mart hadisələrinə həsr olunmuş “Unutdurmayaq ki, unutmayaq” adlı anım tədbiri keçirildi. Bu ilki tədbirin bütünlükdə şagirdlərin yaradıcı təşəbbüsü ilə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Müxtəlif siniflər üzrə şagirdlərin soyqırım hadisələrini dərindən araşdırması, ümumi müzakirə və dioloqların təşkili şagirdlərin bu hadisələrlə daha da yaxından tanış olmalarına şərait yaratdı.
Tədbirin bədii hissəsində bir neçə musiqi nömrəsi təqdim olundu. Bu dəfə tədbirin ümumi abi-havası nəzərə alınaraq əsasən hüznlü, lirik musiqi parçaları təqdim olunmuşdu. II sinif şagirdi Ş.Xankişiyevanın ifasında F. Əmirovun “ Sevil “ operasından ariya ( müəl. M.Quliyeva, konsertmeyster S.Cəfərzadə); X sinif şagiridi C. Məmmədovun ifasında V. Adıgözəlovun “lay-lay” (müəl. E.Cəfərov, konsertmeyster Ş.Qəhrəmanova), eləcədə X sinif şagirdi Z. Gərayovun ifasında “Bayatı- Şiraz təsnifi” (müəl. S.Yadigarov, konsertmeysterlər E.Cəfərov, A. Alıyeva,Ə.Bahadurlu) dinləyiciləri bu günün əhval-ruhiyyəsinə bir daha köklədi. Səhnədə aşağı sinif şagirdlərinin real hadisələr əsasında səhnələşdirdiyi kiçik parça (müəl.A.Manafova) artıq uşaq yaşlarından şagirdlərdə vətənpərvərlik, soy kökümüzə ehtiram hissinin kifayət qədər formalaşdığını göstərməklə həm valideyinləri, həm də müəllimləri fərəhləndirdi. Tədbir şagirdlərin xalqımızın başına gətirilən müsibətlərə göz yummamaq, öz haqlı səsimizi dünya birliyinə çatdırmaq, qərb ölkələrində həm 31 mart həm də Xocalı faciəsinin soyqırım günü kimi qəbul etdirmək devizi ilə tamamlandı.
Tədbirin sonunda F. Əmirov adına 6 saylı onbirillik UİM-nin direktoru əməkdar müəllim, professor, fəlsəfə elmləri doktoru A.N.Yusifova çıxış edərək görkəmki türkoloq Murad Adjinin “Tarixsiz xalq olmur və xalqsız tarix olmur” müdrik kəlamlarını sitat gətirərək şagirdlərə daim tariximizi unutmamağı tövsiyyə edərək, balalarımıza işıqlı, firavan həyat arzuladı.
Hər bir millətin tarixində faciələr, qurğularla dolu səhifələr mövcuddur,lakin xalq o zaman qüdrətli güclü irəliyir ki, o zaman biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

 


Manafova Aytən Zahid qızı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !