Məzahir Süleymanzadə: - Qarabağ da çox darıxıb, hər gün üzü bəri baxıb, bizdən qələbə gözləyir!..

Məzahir Süleymanzadə: Qarabağ da çox darıxıb, hər gün üzü bəri baxıb, bizdən qələbə gözləyir!..

Cəbhədən xoş xəbər gəldi,
Dərdim, sərim yoxa çıxdı...
Haydı, əskər, hünər göstər,
Qarşındakı yol açıqdı...


Torpaq sənin torpağındı,
Gücün ikiqat olacaq!
Qeyrətini, hünərini,
Düşmən görüb mat qalacaq!


Mən bir qələm adamıyam,
Silahım da doğru sözdü,
Millətimiz çox gözlədi,
Hər əzaba, dərdə dözdü...


Hərəsi bir yumruq vurub,
Sınıb danışıq masası...
İllər ötüb, daşıb, dolub,
Xalqımın səbir kasası...


Haydı, mən də sizinləyəm,
Altımış yaşda əskərəm!..
Baxmayın ki, qocalmışam,
Mən bir igid, mən bir ərəm!


Qarabağ da çox darıxıb,
Bizi sevir, əzizləyir...
Hər gün üzü bəri baxıb,
Bizdən qələbə gözləyir!.. 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !