Məzahir Süleymanzadə: - İllərlə gözlədiyim gün gələcək, deyəsən...

Məzahir Süleymanzadə: İllərlə gözlədiyim gün gələcək, deyəsən...

Bu ümidsiz ümidlərim cücərəcək, deyəsən,
İllərlə gözlədiyim gün gələcək, deyəsən...
Laçının, Kəlbəcərin tikan basmış yollarında
Sevincimdən ayaqyalın gəzəcəm...
Dırmaşacam o dağların zirvəsinə,
Qartal təki boylanacam, leylək kimi süzəcəm...
Çıxacağam bir ağ damın üstünə mən,
Baxacağam o Ağdamın hüsnünə mən...
Füzulidə, Cəbrayılda ox atacam,
Xudafərin körpüsünün gedib əlindən tutacam...
Qubadlını dolaşacam, ən son anda,
Bir pürrəngi çay içəcəm Zəngilanda...
Bu, yuxudur, yoxsa nədir? Sən ey mənim məğrur Şuşam!
Gözlərimə inanmıram, Cıdır düzündə durmuşam!..
Xəyalımdan gəlib - keçir Şuşanın əyri yolları...
Bir həsrətli ana kimi, boynuma sarılıb qolları...
Taleyimiz çox oxşardı, mənim dərdli, mərd Xocalım!
İstəyirəm burda qalım, sən cavanlaş, mən qocalım...
Yatmayıram gündüz, gecə, gözlərimə işıq gəlir,
Xoş xəbərlər eşitdikcə, qəlbimdən alqış yüksəlir:
Ey xalğımın ümidi, başı uca, üzü ağ,
Ali Baş Komandanım, Qarabağdan ver soraq!..
Məni də səfərbər et, fərəhlənim, şadlanım,
Şairlik öz yerində, mən də əskər adlanım!..
Səngərdən ayrılmayan müdafiə nazirim,
Kapitanım, mayorum, leytenantım, gizirim,
Hamımız sizinləyik, biz hamımız əskərik,
Bizi susdurmaq olmaz, biz igidik, biz ərik!
Vəzifəmiz bu şərəfi iftixarla daşımaqdır,
Şəhid olmaq ölmək deyil, yaşamaqdır!..

 


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !