Ağcabədi rayonunda şəhid torpağa tapşırıldı - FOTO (AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda şəhid torpağa tapşırıldı FOTO (AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan 1990-cı il təvəllüdlü Qarayev Dilsuz Məmmədağa oğlu bu gün dəfn olunub. Şəhid doğulduğu Ağcabədi rayon Hindarx qəsəbəsində torpağa tapşırılıb. Onun dəfnində Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 10000 nəfərdən çox rayon sakini,şəhidin qohumları, dostları iştirak ediblər. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Daha sonra şəhidin müəllimi,sinif yoldaşı ,Qarabağ əlili, kənd ağsaqqalı,şəhidin atası və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxış edərəkbildirmişdirlər ki, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən düşünülmüş və məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, qaçqın və köçkünlər öz doğma yurd – yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət dilədi .yekunda hazırlanmış ədəbi –bədii kompozisiya nümayiş etdirildi.
Daha sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti şəhidin qəbri üzərinə tər çiçək dəstələri düzdülər.

 


Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !