Etibar Hüseynov: - ARTIQ 19% - GERİ SAYIM BAŞLADI

Etibar Hüseynov: ARTIQ 19% - GERİ SAYIM BAŞLADI

Ermənilərə verdiyimiz qulaqburmanın Kəlbəcərin işğal gününə təsadüf eləməsi, bir simvolik mahiyyət daşıdı həm də. 23 il xəcalət və ürək ağrısıyla baxdığımız kadrları izləmədik, ürək sızladan ağı, bayatı söyləyib ağlaşmadıq bu il. Əksini etdik. Ermənilərin anasını ağlatdıq, güc göstərdik, torpaqlarımızın bir qismini azad edib Qarabağa, Kəlbəcərə bir addım da yaxınlaşdıq.
Bu bir başlanğıc oldu. Artıq gələn il bu vaxt tək Kəlbəcərin işğal gününü yox, həm də böyük qələbəyə gedən yolun start gününü qeyd edəcəyik. Həmən o utanc dolu kadrlara yox, ordumuzun zəfər hücumunu izləyib qürur duyacağıq. Bax elə ən düzgün yol, ən düzgün taktika da məhz budur.
Biz torpaqlarımızı bu cür - qısa müddətli savaşla, az itkilərlə, addım-addım, qarış-qarış almalıyıq. Onsuz da böyük güclər heç vaxt uzunmüddətli müharibə aparmağımıza imkan vermeyecek. Əslində heç özümüz üçün də iri miqyaslı müharibə arzu olunan deyil. Ən sərfəlisi elə budur: Həmən o böyük güclər ayılıb "dur" deyənə qədər, hər dəfə bir neçə kənd, qəsəbəni azad edib yerimizdə möhkəmlənmək, sonra toparlanıb növbəti işğal günü ərəfəsində yeni bir uğurlu tarix yazmaq. Belə həm ordumuz hazırlıq səviyyəsini qoruyub saxlayar və təcrübə toplayar, həm də yeni nəsil insanımız tamarzı qaldığı qələbənin dadına yavaş-yavaş alışar.
Əslində bu taktika erməni tərəfinə də sərf eləyir. Çünki onlar da (hətta istəsələr belə) işğal etdikləri torpaqları bir dəfəyə təhvil verəsi deyillər. Amma yavaş-yavaş, hissə-hissə, qaytaranda heç ruhları da inciməyəcək.
Bax belə. Kəlbəcərin işğal günündə ordumuz yeni bir tarix yazdı. İndi Şuşanın işğal gününü qeyd etməyə "hazırlaşmalıyıq". Və bu dəfə erməni dığalarına hər il olduğu kimi Cıdır düzündə kef məclisi düzənləmələrinə, qol götürüb oynamaqlarına imkan verməməliyik. Artıq onlar da bilməlidir ki, hər işğal günü başlarına, hər an od-alov yağa bilər. Anlamalıdırlar ki, artıq Azərbaycan əsgəri işğal günlərini , qələbə və qisas gününə çevirmək planına start verib.
Kaş ki, bu taktikaya bir az erkən başlasaydıq... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !