Rəssamlar İttifaqında Dünəndən Bu Günə adlı Sərgi keçirildi! FOTO ( AZpress.AZ - Minə Türksoy)

Rəssamlar İttifaqında “Dünəndən Bu Günə “adlı Sərgi keçirildi! FOTO ( AZpress.AZ - Minə Türksoy)

Azpress.Az informasiya Agentliyinin verdiyi xəbərə istinadən bildirirk ki, 20 may 2016 ci ildə Rəssamla İttifaqında “ Dünəndən Bu günə “ adlı maraqlı sərgi keçirilmişdir. Gənclərin dünənimiz və bu günümüzü əks etdirən əsərləri ilə yanaşı həmdə moda dəfiləsində onlara qoşulmuşdur. Olduqca maraqlı rəsm əsərlərinin əhatəsində bayragımızı əks etdirən geyimlər xüsusilə hər kəsin marağına səbəb oldu.
Sərginin açılışını edən Rəssam professor Ağəli İbrahimovun gəncləri təbrik edərək onlara arzu və istəklərini , tövsiyyələrini bildirmişdir. Sərgidə gənc rəssamlardan Aynurə Mustafayeva , Akif Əmirov, Könül İsmayılova, Pərviz Əsədov Pərviz mahmudov kimi gənc istedadlı rəssamların maraqlı əl işləri ilə qatılmışdılar.
Maraqlı olan isə gənc rəssam modelyer Lalə Quliyevanın yaratdığı gözəl, milli bayrağımızı əks etdirən geyimlər idi. Geyimlərin istər rəngləri istərsədə modelləri olduqca maraqlı idi. 7 geyimi ilə Sərgiyə qatılan gənc modelyer rəssam Lalə xanım geyimlərində hər zaman vətənə , millətə bağlılığını əks etdirdiyini söyləmişdir. Gənc modelləri , Ramina, Yeganə,Məryəm ,İlhamə , kiçik model Zəhra və xüsusilə qeyd etməlk istəyirik ki, Lalə xanımın milli geyimi ilə səhnəyə çıxan gənc müğənni Mina Hüseyndə modellər arasında idi. Defilə Mina Hüseynin ifasında Azərbaycan mahnısı ilə sona çatdı. Bir çox media, kanalların iştirak etdiyi sərgi uğurla öz tamaşaçılarına təqdim olundu.


Azpress.Az, Mina Türksoy.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]