"Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi başa çatdı - FOTO

"Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi başa çatdı FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən "Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi çərçivəsində Oğuz, Şəki və Qaxdaməcburi köçkün gənclərə təlimlər təşkil edilib.
Təlimlərdə çıxış edən layihə rəhbəri Səadət Məhərrəmova layihə haqqında, təşkil edilmiş təlim haqqında məlumat verdi. Həmçinin vurğuladı ki, təlimlərin nəticəsi olaraq əldə ediləcək biliklər gənclərə icmaların yaxşılaşdırılmasına töhvə vermələrinə, uğurlu layihələr tərtib etmələrinə və həyata keçirmələrinə kömək edəcəkdir. Eyni zamanda qeyd etdi ki, həyata keçirilən təlimlər gənclərə ünsiyyət, məsuliyyət, özünə inam, intellekt və qərar qəbul etmə kimi liderlik xüsusiyyətləri qazanmalarına səbəb olacaqdır.
Təlimçi Yaşar Hümbətov tərəfindən iştirakçılara ehtiyacların müəyyən edilməsi və qiymətləndirilməsi, layihə tərtib etmə və layihənin dəyərini əks etdirən büdcənin hazırlanması, ictimai birliklərin yaradılması, icma səfərbərliyinin formalaşdırılması, layihə təklifi yazılışı istiqamətində geniş məlumat verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !