Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış evinin tikintisi başa çatıb -

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış evinin tikintisi başa çatıb

İmişlidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa etdiyi yaşayış evinin tikintisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, şəhərin Z.Əliyeva küçəsində tikilən 6 mərtəbəli, 54 mənzilli binanın inşasına ötən ilin sonlarında başlanılıb. Mənzillərin hamısı iki otaqlıdır. Evlərə qaz, su və elektrik xətləri çəkilib. Binada istilik sistemi quraşdırılıb. Mənzillər mebel və digər zəruri avadanlıqlarla təchiz edilib. Binanın həyəti abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Yaxın günlərdə mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə paylanılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !