BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağcabədi rayonuna səfər ediblər. - FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağcabədi rayonuna səfər ediblər. FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

02 sentyabr 2016-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağcabədi rayonuna səfər ediblər. Heyətə nümayəndəliyin əməkdaşı Furio De Angelisin və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzain rəhbərlik edirdi. Səfərin məqsədi yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşmək və erməni zorakılığı nəticəsində ziyan çəkmiş məcburi köçkün icmaları ilə görüşlər keçirməkdən ibarət idi. Nümayəndə heyətinin üzvlərini ilk olaraq Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qəbul etmişdir. Daha sonra nümayəndə heyəti Ağcabədi rayonunda olan məcburi köçkün icmaları ilə görüşlər keçirmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !