Şəkidə gənclər üçün treninq keçirilib -

Şəkidə gənclər üçün treninq keçirilib

Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün "Biznes planların hazırlanması" mövzusunda treninq keçirilib.
Treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !