Yerli Proqramı çərçivəsində növbəti silsilə təlimlər Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edib - FOTO

“Yerli” Proqramı çərçivəsində növbəti silsilə təlimlər Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edib FOTO

“Yerli” Proqramı çərçivəsində növbəti silsilə təlimlər Milli Şuranın üzvü olan "DAN" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin tərəfdaşlığı Şəki-Zaqatala iqtisadi rayonunda keçirilib. 14-15 oktyabr 2016-cı il tarixlərində keçirilən tədbirlər Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarında İcra Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə 100-dən çox gənci əhatə edib.

 

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

 

Balakən rayonunun Qullar, Qax rayonunun Tasmalı, Zaqatala rayonunun Yuxarı Tala və Qəbələ rayonunun Vəndam kəndlərində keçirilən təlimlər “Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları" mövzusunu əhatə edib. Təlim zamanı Sosial Media Marketinq sahəsində rəqəmsal alətlər və onların biznes mühitində tədbiqi ilə bağlı ətraflı məlumat verilib. Təlimdə həmçinin sosial şəbəkələrdə korporativ səhifələrin yaradılması və idarə olunmasından danışılıb. Daha sonra, gənclər əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.

 

Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 18 rayonunun 40 kənd və qəsəbələrindən 680-dən çox gəncin iştirakı ilə baş tutub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !