Zaqatala, Qax və Şəkinin emal məntəqələri bu günədək 10 min tondan çox yaşıl tütün qəbul edib - FOTO

Zaqatala, Qax və Şəkinin emal məntəqələri bu günədək 10 min tondan çox yaşıl tütün qəbul edib FOTO

“Inter-Tobacco” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermerlərdən, ümumilikdə, 10 min 616 ton yaşıl tütün yarpağı daxil olub. Mövsümün əvvəlindən indiyədək isə bu emal məntəqələrində 1200 tondan çox quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-a cəmiyyətin tütün istehsalı və emalı məntəqələrindən məlumat verilib.

Hazırda məntəqələrə hər gün orta hesabla 35-40 ton yaşıl tütün yarpağı gətirilir. Tütünün qurudulması üçün Zaqatala və Şəkinin tütün istehsalı və emalı məntəqələrinin hər birində 56, Qax məntəqəsində isə 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Tütün qurudulduqdan sonra çeşidlənərək anbarlara yığılır, daha sonra emal zavoduna təhvil verilir.


Fotolar AZƏRTAC - ındır 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !