27 ədəd mobil telefon aşkar edildi - FOTO

27 ədəd mobil telefon aşkar edildi FOTO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “ Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !