Qafqaz Universitetində Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi keçirilib - FOTO

Qafqaz Universitetində Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi keçirilib FOTO

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XII Azərbaycan Çempionluğu) keçirilib.

 

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XII Azərbaycan Çempionluğu) Qafqaz Universitetində keçirilib.
Müsabiqənin açılış mərasimində Qafqaz Universitetinin rektoru prof. Havar Məmmədov çıxış edərək, qonaqları və iştirakşıları salamlayıb. Rektor qeyd edib ki, Azərbaycan İKT-nin tətbiqi sahəsində regionda liderdir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət ayırır. İndiyədək İKT sahəsi üzrə bir neçə dövlət proqramı həyata keçirilib. Ona görə də siz tələbələr dövlətin diqqət və qayğısından istifadə edərək beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etməlisiniz. Rektor tələbələrə finala çıxıb ABŞ-da qalib olmağı arzulayıb.
ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin
Azərbaycan Respublikası üzrə regional direktoru Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxış edib: “Hər kəsi salamlayıram. Mən optimistəm və hər zaman da optimist olmuşam. Mən inanıram ki, bizim şagirdlər, tələbələr ən yüksək mükafatlara layiqdirlər. Prezidentimiz İlham Əliyev Sentyabırın 26-da imzaladığı fərman ilə Respublikada 2020-ci ilə qədər İnformatikanın inkişafı nəzərdə tutulur”. Bu fərmanda birinci məsələ yüksək səviyyəli İnformatika mütəxəssislərin yetişdirilməsi və müxtəlif olimpiyadaların keçirilməsidir. Prezidentimiz bu fərmanı ilə sizə çox böyük dəstək oldu.
Biz hal-hazırda 6-ci sinif şagirdlərinə təlimlər keçirik və onlarla işləyirik. Siz tələbələr özünüzü düşünün, Alqoritim ilə nə zamandan məşğul olmağa başlamısınız? Böyük əksəriyətiniz yeni-yeni öyrənməyə başlayıb. Bəziləriniz birinci kursdan, məktəbdən yox universitetdən. Ona görə də alqoritimləri qavramaqda çətinlik çəkirsiniz. Bu işi qavramaq vaxt alır. Ona görə də çox oxumaq və öz üzərinizdə işləmək lazımdı”. Mən inanıram ki, Azərbaycanı təmsil edən komandalar finala vəsiqə qazanacaqdır. Heç olmasa final vəsiqəsinə yaxınlaşacayıq. Mən buna inanıram çünki mən optimistəm.
Münsiflər heyyətinin üzvü ADA Universitetinin dosenti Fuad Hacıyev cıxışında bildirib ki, müsabiqədə kimsə birinci kimsə ikinci olur. Nəticədə hamı qazanmış olur. Çünki tələbələr yeni biliklər əldə edir. Bu müsabiqənin əhəmiyyəti öndan ibarətdir ki, dünyanın hər tərəfindən iştirakçılar qatılır.
Münsiflər heyyətinin sədri və müsabiqənin Azərbaycan üzrə koordinatoru Qafqaz Universietinin baş müəllimi Etibar Seyidzadə bildirib ki, bu müsabiqə 41 ildir keçirilir. 2015-2016 cı ildə dünyanın 102 ölkəsindən 2736 universitetin 40266 tələbəsi iştirak edib. Bu kimi statistikalar yarışın səviyyəsinin yüksək olmasına bariz nümunədir. Azərbaycan Universitetlərinin komandaları isə 12 ildir bu müsabiqədə iştirak edirlər. Hər il müsabiqədə iştirak edən unuiversitetlərin sayı artır. Yarım finala çıxan komandalarımızın da sayı artır. Hədəfimiz isə final mərhələsidir. Finala isə dünya üzrə 128 komanda fəsiqə qazana bilir. Sualları ingilis dilində olan yarışma online keçirilir.
Sonra Etibar Seyidzadə müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verib.
Müsabiqədə 12 universitetdən, o cümlədən: Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universitetindən ümumilikdə 47 komanda (hər komandada 3 tələbə) iştirak edib.
Komandalara 5 saat ərzində 11 alqoritmik məsələni həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://neerc.ifmo.ru/contest/ saytında PCMS2 avtomatik test sistemi ilə aparılıb.
Müsabiqənin nəticələrinə görə Qafqaz U 1 komandası I, Qafqaz U 2 komandası II, ADA Universiteti 2 komandası 3-cü yerə layiq görülüb. Daha 13 komanda III dərəcəli diploma, 9 komanda yüksək nailiyyət sertifikatına layiq görülüb.
Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 3-4 dekabr 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !