Oğuzda Dini radikalizm-terrorçuluq və dini ekstremizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib - FOTO

Oğuzda “Dini radikalizm-terrorçuluq və dini ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib FOTO

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Taleh Abdullayev, DTX-nın Şəki Şöbəsinin əməkdaşı Kənan Nəbiyev, Oğuz Rayon Polis İdarəsinin şəhər-sahə müvəkkili, polis baş leytenantı İlkin Məmmədov, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil şöbəsinin əməkdaşı Telman Mustafayev mövzu ilə bağlı çıxış edib. O, dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Taleh Abdullayev dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verərək onlara qarşı mübarizənin əhəmiyyətindən danışıb, bu istiqamətdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən DTX-nın Şəki Şöbəsinin əməkdaşı Kənan Nəbiyev dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !