Şəkidə Azərbaycanda ənənəvi İslam və xarici təsirlər mövzusunda tədbir keçirilib - FOTO

Şəkidə “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə DSX-nın Şəki rayonundakı N saylı hərbi hissəsində “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə hərbi hissənin komandiri, polkovnik Müzəffər Pirizadə, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və şöbənin əməkdaşı Vüqar Hümmətov, Dövlət Sərhəd Xidməti Aparatının zabiti Bəhruz Qasımov, Komitənin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, eləcə də hərbi hissənin zabit və gizir heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik Müzəffər Pirizadə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında dini radikalizm və onun fəsadları barədə iştirakçılara məlumat verib. O, bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından da geniş bəhs edib. Əliheydər Zülfüqarov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. O, İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !