AzTU-da Network Training Center şirkətinin seminarlarına start verilib - + FOTO

AzTU-da “Network Training Center” şirkətinin seminarlarına start verilib + FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) profesional İT mütəxəssisi kimi formalaşmaq istəyən tələbələr üçün seminarlar təşkil olunur. Tələbələrin nəzəri biliklərinin daha da dərinləşməsinə və təcrübə mübadiləsini nəzərdə tutan seminarlar dərslərdən əlavə olaraq keçirilir.
Seminarların təlimçiləri “Network Training Center”ın əməkdaşlarıdı. Qabaqcıl texnologiyalardan yaralanan şirkətin məqsədi IT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində və inkişafında dəstək olmaqdır.
AzTU-nun İKT departamentinin təşkilatçılığı ilə keçirilən seminarlar tələbələrin istiqamət müəyyən etməsi üçün bir neçə həftə ödənişsiz olacaq. İKT departamentinin müdiri Əli Xəlilov bildirib ki, “Network Training Center”lə əldə edilən razılaşmaya görə sonrakı mərhələlərdə də AzTU tələbələrinə xüsusi güzəşt olunacaq. Departament rəhbəri həmçinin qeyd edib ki, İT sahəsində aktiv olan tələbələr üçün əlavə praktik imkanlar yaradılacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !