Xətai sənət mərkəzində 9 noyabr bayraq gününə həsr olunmuş Tolerant Multikultural Azərbaycanım adlı sərgi tədbir keçirildi - FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Xətai sənət mərkəzində 9 noyabr bayraq gününə həsr olunmuş “ Tolerant Multikultural Azərbaycanım “ adlı sərgi tədbir keçirildi FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə əsasən bildirik ki, Xətai sənət mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının , “ Yaradıcı Qadınlar” İctimai Birliyinin dəstəyi ilə 9 noyabr Bayraq günü münasibəti ilə tədbir keçirilmişdir.
Tolerant Multikultural Azərbaycanım adlı sərgi- tədbirin lahiyyə rəhbəri İsgəndərova Elnurə, Təşkilatçısı Aygün İsgəndərovadır. Layihə təşkilatçısından aldığımız məlumata əsasən bildiririk ki, Sərgidə 300 – ə yaxın rəssam öz sənət əsərləri ilə qatılmışlar. Tədbirə bir çox tanınmış simalar , eləcə də professor rəssam Ağəli İbrahimov , tanınmış aktrisa Naina İbrahimova və bir çox simalar təşrif buyurmuşlar. Bir çox layihələr təqdim edən Elnurə İsgəndərovanın bu dəfəki layihəsi həmişəki kimi təqdirə layiqdir. Həm müəllimlərin həm, gənclərin , həm də körpələrin qatıldığı sərgidə bir birindən maraqlı sənət əsərləri yer alırdı. Bayraq günündə belə bir tədbirin keçirilməsi həm körpələrimizdə vətənə məhəbbət hissinin güclənməsi, həm də bayrağımızın nə qədər müqəddəs və vacib olduğunu aşılamaqdır. Tədbiri açıq elan edən Ağəli İbrahimov səmimi çıxışı ilə körpələrimizə bir az da işləmək üçün stimul verirdi desək yanılmarıq. Hər zaman Gənclərə dəstək olan rəssam sərgi İştirakçılarını təbrik etdi , onlara sənət yollarında uğurlar dilədi. Gələcəkdə belə layihələrin nəinki Bakı şəhərində, həm də rayonlarımızda da keçirilməsi vacib amillərdən biri sayılır. Gənc layihə rəhbərlərinə və təşkilatçılarına bu yolda uğurlar arzu edirik.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !