Türk sənətçilər Yunus Əmrə ocağının işığında! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )
Bu xəbəri paylaş
AZpress.AZ informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycanda Nizami Kino Mərkəzində Türk filmlərinin nümayiş olunması ilə əlaqədar Türk sənətçilərin Azərbayacana qonaq qismində təşrif buyurması demək olar ki, xoş bir ənənə halını almışdır. Bu dəfə tamaşaçıların sevimli Təhminəsi Meral Konrat, Sarp Levendoğlu, Kizilirmak böyük bir rejissor və film komandası ilə qonağımız oldular.Bir çox media və universitetlərdə qonaq olan sənətçilər, 23 noyabr 2016-cı il tarixində Türkiyənin Yunus Əmrə İnstitutunun qonağı oldular. Yunus Əmrə institutunda təhsil alan gənclərimizlə görüşə gələn sənətçilər ilk öncə özlərinin həyat tarixcəsini vərəqlədi sonra isə gənclərin maraqlarına səbəb olan sualları cavablandırdılar. Sonda Yunus Əmrə İnstitutunun kollektivi simvolik hədiyyələri qonaqlara təqdim etdilər. Qeyd edək ki, Azərbaycanın xalısı və milli musiqi alətlərindən ibarət zərif işlənmiş hədiyyələr qonaqların marağına səbəb oldu.Sonra sənətçilər Yunus Əmrə İnstitutunun kollektivi və orada təhsil alan gənclərlə xatirə fotoları çəkdirdilər.
Azpress.Az, Minə Türksoy.