İxracatçılar üçün növbəti seminar – bu dəfə Şəkidə -

İxracatçılar üçün növbəti seminar – bu dəfə Şəkidə

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi "Malların ixracı proseduru və potensial ixracatçılara güzəştlərin tətbiqi" mövzusunda növbəti seminarını noyabrın 25-də Şəki şəhərində keçirmişdir.
Şəki-Zaqatala regionu üzrə 20-ə yaxın müəsiisə təmsilçisinin iştirakı ilə keçirilən seminarda çıxış edənlər sahibkarlara, o cümlədən ixracatçılara göstərilən hərtərəfli dövlət dəstəyindən danışmış, ixrac prosedurları və tətbiq olunan güzəştlər barədə ixracatçılara ətraflı məlumat vermişlər.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, ixracıın stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçirçivəsində qeyri-neft malları üzrə ekspertiza xidmətləri tarifləri ötən ilin 28 oktyabrından etibarən 30 faiz aşağı salınmış, mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədlərin 1 gündən gec olmayaraq sahibkarlara təqdim edilir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılmış, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !