F. Əmirov adına 6 saylı Uşaq İncəsənt Məktəbində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş bədii-musiqili kompozisiya keçirildi + FOTO
Bu xəbəri paylaş
19 yanvar 2016-cı ildə F. Əmirov adına 6 saylı Uşaq İncəsənt Məktəbində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş bədii-musiqili kompozisiya keçirildi. Azərbaycan xalqının qanlı ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 27 il ötür. “20 yanvar” Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanışı günüdür.
Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra nəzəriyyə şöbəsinin müdiri Kəmalə İsgəndərova 27 il öncə baş vermiş hadisələri xatırladı. Q.Qarayevin “Matəm odası”nın səslənməsi tədbirə xüsusi abi- hava gətirdi. Şagirdlərin ifasında (Cəlilova Ş, İvanova Z, Zeynalzadə S) müxtəlif şairlərin Qanlı Yanvar mövzusunda şerləri dinlənildi. Tədbirdə məktəbin müəllimləri- E.Cəfərov, K.Sərkərov, şagirdlərdən isə L.Rüstəmova, N. Həsənlinin ifasında musiqi parçaları səsləndi.
20 Yanvar xalqımızın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun simvoludur.Gələcək nəsillər üçün qürur mənbəyidir.