AMEA Yüksək Texnologiyalar Parkı Avropa Birliyinin TAIEX layihəsi ilə əməkdaşlıq çərçivəsində innovasiyaların və texnologiyaların idarə olunmasına dair təlim-seminar təşkil edib - + FOTO

AMEA Yüksək Texnologiyalar Parkı Avropa Birliyinin TAIEX layihəsi ilə əməkdaşlıq çərçivəsində innovasiyaların və texnologiyaların idarə olunmasına dair təlim-seminar təşkil edib + FOTO

AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində Avropa Birliyinin TAIEX - Texniki Dəstək və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri Bakıda səfərdir. 28 avqust tarixində TAIEX layihəsi çərçivəsində Sloveniyanın Lyublyana texnoparkının mütəxəssisləri AMEA Yüksək Texnologiyalar Parkında təlim-seminara başlayıblar. Dörd gün davam edəcək təlim Texnologiya Parklarının planlaşdırılması və idarəolunması mövzusuna həsr olunub. Təlimin açılış mərasimində AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev ölkəmizdə innovasiya və texnologiyaların idarə olunması təcrübəsinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Bu sahədə dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Sloveniyanın Lyublyana texnoparkının mütəxəssisləri çıxış edərək bildiriblər ki, seminarın keçirilməsində məqsəd texnologiya parklarının inkişaf etdirilməsi və idarəedilməsi məqsədilə strateji planlaşdırma üzrə Avropa Birliyi təcrübəsini paylaşmaqdır. AMEA Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar innovasiyalar, texnologiyaların idarə olunmasında ənənəvi və müasir modellər ilə tanış olacaqlar. İnnovasiya sahəsinə dövlət dəstəyinin təmin edilməsində texnologiya parklarının rolu barədə məlumatlandırılacaqlar. Lyublyana Texnoprkının mütəxəssisləri Avropa təcrübəsinə əsaslanaraq təlim iştirakçılarına Texnologiya Parkları üçün Strateji planın hazırlanmasına dair praktiki dəstək göstərəcəklər. Təlim zamanı “Elm/Texnologiya Parkları” və “Biznes İnkubator”ların ənənəvi rolları, “Texnologiya Parkları”nın inkişaf tarixi və istiqamətləri, innovasiyalar, elmin kommersiyalaşdırılması barədə müzakirələr aparılacaq.


Təlimdə elm və texnologiya parklarına dəstəyin artırılmasında ənənəvi və “LEAN approach” – “Yalın yanaşma” mövzusuna da toxunulacaq. Bu yanaşmanın əsas məqsədi daha az resursdan istifadə edərək dəyəri maksimuma çatdırmaqdır. Elm Texnologiya Parklarının fəaliyyətinin inkişafında Yalın metodologiyasına baxış, bu sahədə Yalın metodologiyasının praktiki istifadəsi mövzusu təlimin əsas mövzularından olacaq. Ölkədə fəaliyyət göstərən bir sıra dövlət qurumları, ali təhsil müəssisələri, texnologiyalar parklarından nümayəndələrin iştirak etdiyi təlimdə eyni zamanda innovasiya, texnologiyalar, bu sahədə araşdırmalar aparan təşkilatlara, startaplara, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə dair müzakirələr aparılacaq.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !