AMEA Yüksək Texnologiyalar Parkı "KUTVAN" MMC ilə əməkdaşlığa dair Saziş imzalayıb -

AMEA Yüksək Texnologiyalar Parkı "KUTVAN" MMC ilə əməkdaşlığa dair Saziş imzalayıb

3 oktyabr 2017-ci ildə AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) ilə "KUTVAN” MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb. İmzalanma mərasimində AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev iki qurum arasında əməkdaşlıq nəticəsində rəhbərlik etdiyi texnoparkda strateji planlaşdırma, idarəetmə, təşkilatın inkişafı və idarəetmənin təşkilinə dair xidmətlərin göstərilməsi nəzərdə tutulub. Qeyd edib ki, son illərdə marketinq şərtləri və texnoloji inkişaf şirkətləri öz təşkilatlarını daha da təkmilləşdirməyə təşviq edir. Bu məqsədlə beynəlxalq təcrübəyə malik olan konsaltinq şirkətləri ilə əməkdaşlıq zəruri hal alır. "KUTVAN" MMC-nin direktoru Ali Kutvan şirkətin indiyədək Azərbaycanda bir çox dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlara biznes konsaltinq, strateji planlama ilə bağlı xidmət göstərdiyini deyib. AMEA YTP ilə əməkdaşlıq nəticəsində təlimlərin keçiriləcəyini və məsləhətlərin verilməsinə dair müşavirlik xidmətiningöstəriləcəyini qeyd edib. Bildirib ki, “KUTVAN Şirkətlər Qrupu” 1991-ci ildə Türkiyə və Londonda fəaliyyətə başlayaraq özünün törəmə təşkilatı olan İnformasiya və İdarəetmə Məsləhət MMC şirkəti vasitəsilə müxtəlif milli və beynəlxalq biznes, dövlət təşkilatlarını araşdırma, planlaşdırma və məsləhət xidmətləri ilə təmin etmək məqsədilə yaradılıb.Konsaltinq xidmətlərinin göstərilməsinə dair beynəlxalq təcrübəyə malik olan şirkət problemlərin müasir həll yollarını göstərir. Xidmət göstərdiyi təşkilatın mövcud durumunu qiymətləndirir, strateji plaşlaşdırma, investisiya planlaşdırması və layihələrin idarəedilməsinin təkmilləşdirilməsi üzrə xüsusi təlim xidmətləri təklif edir

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !