AMEA Yüksək Texnologiyalar Parkında dronların – pilotsuz uçan aparatların idarəedilməsinə dair təlimlərin keçirilməsinə başlanılıb. -

AMEA Yüksək Texnologiyalar Parkında dronların – pilotsuz uçan aparatların idarəedilməsinə dair təlimlərin keçirilməsinə başlanılıb.

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya (ETP) dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların (pilotsuz) istehsalı işini təkmilləşdirib. İlk modeller və uçuş aparatları artıq hazırdır. Dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.
Multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında təlim dərslərinin keçirilməsinə başlanılıb. Texnoparkın direktoru Vüqar Babayev bildirib ki, ETP-nin istehsal etdiyi dronların sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərə ilk növbədə AMEA institutlarının əməkdaşları qatılıblar. ETP-nin istehsal etdiyi dronlar akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə ediləcək. Təlimlərdən sonra iştirakçılar pilotsuz uçan aparatların sərbəst idarəedilməsi qabiliyyətini mənimsəyəcəklər. Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən keçirilən təlim zamanı iştirakçılara dronlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları) və müşahidə - (Zoologiya institutunda heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər. AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft ve Qaz İnstitutu, Zoologiya İnstitutu, Geologiya ve Geofizika İnstitutu, Botanika İnstitutunun əməkdaşlarının iştirak etdiyi təlimlər davam edəcək. Növbəti mərhələlərdə təlimlərdə daha çox nümayəndənin iştirakı gözlənilir. Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.
2016-cı ildən fəaliyyətə başlayan AMEA Elm və Texnologiya Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. Fəaliyyətində yüksək texnologiyaların ən son elementləri olan MMC-nin əsas məqsədi innovativ məhsulların, yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi istiqamətində tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasıdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !