Layihənin icrası uğurla yekunlaşıb. -

Layihənin icrası uğurla yekunlaşıb.

 “Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsinin icrası uğurla yekunlaşıb.
Layihə Quba rayonunda Ailələrə Sosial Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində keçirilən sonuncu tədbirdə İctimai Birliyin sədri Esmira Rəhimova yeniyetmələrə layihə, onun məqsədi və donoru haqqında məlumat verib. Tədbirdə layihə rəhbəri iştirakçılara Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş yaş həddi və əmək müqaviləsi haqqında danışıb.
Ekspert məktəblilərə dövlətimizin məcburi əməyə qarşı mübarizə istiqamətində gördüyü işlər və bunun qarşısının alınması üçün atılan addımlar barədə məlumat verib. Məktəbliləri məcburi əməyin qanunla qadağan olunması, uşaq əməyinin istismarı barədə məlumatlandırıb.
Sonda yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !