BDU-nun tələbəsi Beynəlxalq şəhər və Vətəndaş Cəmiyyəti Quruluşları Sammiti ndə iştirak edib -

BDU-nun tələbəsi “Beynəlxalq şəhər və Vətəndaş Cəmiyyəti Quruluşları Sammiti”ndə iştirak edib

 Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezidentinin himayəsi ilə dünyanın 60 ölkəsindən gələn QHT rəhbərlərinin “Beynəlxalq şəhər və Vətəndaş Cəmiyyəti Quruluşları Sammiti” keçirilib. Sammitin məqsədi qeyri-hökumət təşkilatlarını bir araya yığmaq və tərəfdaşlığın inkişaf etdirilməsinə kömək etmək olub.

Tədbirin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək sammitin əhəmiyyəti vurğulayıb. Həmçinin QHT-lərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs edib. Sammitdə Esenler bələdiyyəsinin başçısı Tevfik Göksu çıxış edərək QHT-lərin işbirliyinə toxunub. Sammit çərçivəsində geniş maraq doğuran şəhər mədəniyyəti, QHT-lərin vəziyyəti, onların idarəedilməsi və sair kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, ölkəmizi sammitdə “Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək” İctimai Birliyi təmsil edib. İctimai Birliyin sədri, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Fərid Muradov tədbirdə çıxış edərək ölkəmizdə QHT-lərin oynadığı roldan, onlara dövlətin qayğısından, milli mədəniyyətin qloballaşma şəraitində qorunmasından və s. bəhs edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !