İrşad oteldə növbəti psixoloji ünsiyyət görüşü keçirilmişdir. -

“İrşad” oteldə növbəti psixoloji ünsiyyət görüşü keçirilmişdir.

 Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyinin “Özümüzə inanaq” - əhalinin həssas qrupları üçün psixoloji ünsiyyət görüşlərinin keçirilməsi” layihəsi üzrə 27 oktyabr 2017-ci il tarixdə saat 11.00-da “İrşad” oteldə növbəti psixoloji ünsiyyət görüşü keçirilmişdir. Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Baş psixoloq, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, onkoloq Səlim Əskərov, region və şəhər internat müəsisələrinin məzunları, valideynlər, məktəb psixoloqları, gənclər, ailələr, əhalinin həssas qrupuna daxil olan sosial təbəqələrin və KİV-media nümayəndələri iştirak etmişlər.
Layihənin eksperti AVMA İB İcraçı direktoru Şahin Rəcəbov tədbiri açaraq son dövrdə əhalinin psixogen durumundakı gərginlik, dünyada baş verən hadisələr, müharibələr, terrorizm, iqlim və atmosfer dəyişikliyi, qidalanmada GMO ların istifadəsi, müxtəlif xəstəliklərin yayılması, münaqişəli ailələrdə münasibətlər sistemi, virtual həyat və canlı ünsiyyət problemi, uşaqların tərbiyəsindəki nöqsanlar və aqressivlik tendensiyası, KİV-də gedən proqramların psixikaya təsiri, maddi-sosial sıxıntılar, adət və ənənələrin, mənəvi dəyərlərə təsir edən yad ünsürlər və s. məsələlərlə bağlı əhalidə, vətəndaşlarda psixloji balansın pozulması, stress və gərginliyin yaranması problemləriunıə toxundu. Bu problemlərin müzakirəsi, onlarda çıxış yolları, psixoloji sabitliyin və balansın qorunması üçün təkliflərin və məsləhətlərin verilməsi, dialoq və psixoloji ünsiyyətin təşkili üçün qeyd olunan sosial həssas təbəqələrlə 4 belə görüşün keçiriləcəyini bildirdi. Bu barədə mediada, sosial şəbəkələrdə geniş məlumatlar verilmişdir. O, tədbirdə bununla bağlı fikir bildirmək üçün tanınmış psixoloq mütəxəssislərin iştirak etdiyini bildirərək, gərginliyin aradan qaldırılması, sress və s bağlı müxtəlif suallara cavab tapmaq və məsləhət almaq imkanlarının olduğunu qeyd etdi. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Baş psixoloqu Elmira Mirzəyeva mövzu üzrə məruzə etdi və sualları cavablandırdı. Yığıncaqda iştirak edən internat məzunları öz problemlərini qeyd etdilər, mövzu üzrə öz fikirləri ilə bölüşdülər. İMSİ (İnternat Məzunlarının Sosial İnteqrasiyası İB koordinatoru Seymur Kazımlı və digər gənclər onları narahat edən psixoloji, sosial problemlərlə bağlı maraqlı məsələlər qaldırdılar, təkliflər verdilər. İştirakçılara psixoloq tərəfindən müvafiq faydalı məsləhətlər verildi, praktik seans keçirildi. Növbəti görüşdə digər sosial həssas təbəqələrin və mütəxəssis ekspertlərin iştirak edəcəyi bildirildi. “Skalper” xəstələrə yardım ictimai birliyinin sədri doktor Səlim Əskərov da orqanizmin müxtəlif orqanlarındakı nasazlıqların insanınm psixoloji durumuna ciddi təsir etməsi, müxtəlif xəstəliklərin insanı stress və gərgin vəziyyətə salmasından danışdı və sağlamlığın qorunması, sabit psixoloji durumun mühafizəsi üçün müvafiq məsləhətlərini verdi. Məktəb psixoloqları, QHT sədrləri, valideynlər mövzu ətrafında çıxışlar etdilər. İnternat gəncləri acıplarından danışaraq cəmiyyətə çox ciddi mesajlar ünvanladılar. Onlar sahibkarlara, müəssisələrə müraciət edərək iş üçün gələndə internat uşağı bilib təhslükəli insan kimi yanaşmamağa, şərait yaratmağa çağırış ediblər.
Layihənin məqsədi əhalinin həssas qrupularına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək, sabit fəaliyyət potensialını inkişaf etdirmək, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.
Layihənin vəzifələri:
• Qeyd olunan həssas əhali qrupları ilə 4 ünsiyyət görüşünün təşkili
• Gənc və münaqişəli ailələrdən olan valideynlər üçün ailədaxili münaqişələrin həllində psixoloji yardım, əqli və fiziki çatışmazlığı olan əlillər, uşaqlar, onların ailə üzvləri, əməliyyat keçirən fiziki qüsurlu uşaqlara qulluq edən ailə üzvlərinin psixoloji reabilitasiyasına dəstək vermək
• Risk qrupuna daxil olan kimsəsiz, küçə uşaqları və internatları bitirmiş və həyatlarını necə quracaqlarını bilməyən gənclər üçün psixoloji balanslaşma və korrektə işlərini aparmaq, sağlam həyat tərzini təbliğ etmək
• Müharibədən zərər çəkənlər, qaçqınlar, məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, övladını itirmiş əsgər valideynləri ilə psioxoloji sabitləşmə və reabilitasiya, ünsiyyət görüşlərini təşkil etmək, stress və gərginliyi aradan qaldırmaq
• Zorakılığa məruz qalmış şəxslər, insan alveri qurbanları, narkotik istifadəçiləri və onların ailə üzvlərindən, HİV/AİDS-li və onkoloji xəstələrlə, onların ailə üzvləri ilə psixodiaqnostik və psixo sabitləşdirici işlər aparmaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !