Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilmişdir. -

Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

 Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin 27 oktyabr 2017-ci il tarixində növbəti iclası keçirilmişdir. MQF İdarə Heyətinin sədri Qorxmaz İbrahimli iclası açıq elan edərək, İdarə Heyətinin üzvlərini və qonaqları salamladı. Sonra MQF-nin prezidenti Rauf Zeyni hamını salamlayaraq, gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra yeni təşkilatın – “Kənd Təsərrüfatının İnkişafına Yardım” İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olundu və yeni təşkilat MQF-yə üzv qəbul olundu.
Sonra forumun prezidenti Rauf Zeyni gündəlikdə qeyd olunmuş digər məsələ olan təşkilati məsələ barədə idarə heyətini məlumatlandırdı. MQF İcra Aparatının sıralarına müşavir olaraq Baxış Ələkbərovun yeni qatıldığını qeyd etdi. Məsələ idarə heyətinin üzvləri tərəfindən müzakirə olunub və səs çoxluğu ilə lehinə qərar qəbul olundu.
Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə MQF təkliflər planının hazırlanması MQF İdarə Heyətinin üzvü Çingiz Bayramova həvalə olundu.
Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 694-ə çatdı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !