Qusarda aprel şəhidi Əmiraslan Xəlilbəyov yad edilib -

Qusarda aprel şəhidi Əmiraslan Xəlilbəyov yad edilib

 Qusar şəhərində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclərin iştirakı ilə cüdo turniri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihə çərçivəsində baş tutan yarışın rəsmi hissəsində çıxış edən layihə rəhbəri Ramin Mahmudov aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat verib. Hərbiçilərimizin bu döyüşlərdə qəhrəmanlıqlarını qeyd edən natiq şəhidlərimizin daim qəlblərimizdə yaşadığını bildirib. Bu kimi tədbirlərin təşkilinin də əsas məqsədinin yetişməkdə olan gənc nəslə həmin qəhrəmanlarımızı tanıtmaq, onların şərəfli həyat yolunu təbliğ etmək, şəhidlərin ruhunu daim əziz tutmaq olduğunu bildirib.
Tədbirdə çıxış edən şəhidin təhsil aldığı Cağarqışlaq kənd orta məktəbinin direktor əvəzi Cəsur Əlisultanov, Azərbaycan Cüdo Federasiyasının şimal-şərq regionu üzrə koordinatoru, Əməkdar məşqçi Cərulla Şinğarov şəhidin xatirəsinə həsr olunan turnirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, vətənpərvərlik hislərinin yüksəldilməsində bu kimi təbliğata daim ehtiyac olduğunu qeyd etmişlər.
Tədbirdə iştirak edən şəhidin atası Xəlil Xeyirbəyov övladının xatirəsini həsr olunmuş turnirin təşkil edilməsinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, eləcə də digər təşkilatçılara minnətdarlıqğını bildirib.
Rəsmi hissə başa çatdıqdan sonra 10 çəki dərəcəsində cüdo turnirinə start verilib.
Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilmişdir.
Qeyd edək ki, dekabr ayınadək davam edən layihə çərçivəsində Şabran rayonunda cüdo, Quba rayonunda isə gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !