Vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu mövzusunda tədbir keçirilib. -

Vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu mövzusunda tədbir keçirilib.

 Ağdam rayonunda gənclərin və yuxarı sinif şagirdlərin iştirakı ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbə ərazi nümayəndəsi Xətai Abdullayev qonaqları salamlayaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin cəbhəyanı rayonlara diqqət göstərdiyini yüksək qiymətləndirib.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki,
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər keçirilib.
Biz də Qeyri-Hökumət Təşkilatları olaraq cənab prezidentin müəyyən etdiyi hədəflər istiqamətində fəaliyyətimizi qurmağa və cəmiyyətə tövhələr verməyə çalışırıq deyə təşkilat rəhbəri bildirib.
Nəsimi Qarabağlı qeyd edib ki, həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.
Aprel döyüşlərini xatırladan təşkilat rəhbəri bunun bir vətənpərvərlik nümunəsi olduğunu bildirib.
Ağdam rayonu İcra hakimiyyəti ictimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov ölkə başçısı tərəfindən digər cəbhəyanı rayonlara ilə yanaşı Ağdam rayonuna da xüsusi diqqətin olduğun bildirib. Bu kimi görüşlərin sakinlər, xüsusən də gənclər arasında keçirməsinin vacibliyini qeyd edib.
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışında Azərbaycanda həmrəylik, dinlər arası dözümlülüyün dünyaya bir model olaraq təqdim edildiyini, inkişaf və tərəqqi naminə bütün dünyanın bu çağırışlara qoşulmağının vacibliyini bildirb.

Sonra tədbir diskussiyalarla davam edib.

Tədbirdə fəallıq göstərən gənclərə fəxri fərmanlar təqdim edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !