Milli Qəhramanlarımız haqqında ali məktəblərdə tədbirlərin keçirilməsi adlı layihə üzrə tədbirlər keçirilib.
Bu xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi “Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslər, Milli Qəhramanlarımız haqqında ali məktəblərdə tədbirlərin keçirilməsi” adlı layihə üzrə tədbirlər keçirib.
Layihə üzrə tədbirlər Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə ilk tədbir Bakı Dövlət Universitetində keçirilmişdir. BDU Tələbə Gənclər Təşkilatı ilə birgə Universitet tələbələri ilə görüş zamanı tələbələrə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş şəxslər və Milli Qəhramanların sücayəti haqqında məlumatlar verilmişdir. Onlara vətənimizin tarixi mərhələləri, ərazi bütövlüyü və müstəqilliyin uğrunda canlarında keçmiş insanların həyat nümunələri öyrədilmişdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyan layihə çərçivəsində gənclərə müvafiq məlumatlandırıcı bukletlər paylanılmışdır. Növbəti tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmişdir. AzMİU Tələbə Həmkarlar Təşkilatını ilə birgə Universitetin tələbə-gəncləri ilə görüş keçirilmişdir. Gənclərə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçular haqqında, Milli Qəhramanlar haqqında məlumatlar verilmişdir və layihə çərçivəsində çap edilmiş bukletlər paylanılmışdır. Vətənpərvərlik ruhunda keçirilmiş tədbirin sonunda xatirə şəkili çəkilmişdir.
Layihə üzrə son tədbir Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulub. Eyni zamanda layihənin sonunda gənclər vətənpərvərlik mövzusunda flash-mob təşkil etməyi nəzərdə tutur.