Leyla Əliyevanın adından yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib -

Leyla Əliyevanın adından yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib

 Noyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən Dalğa Arena stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.

Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmançılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.

Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.

IDEA İctimai Birliyi yarandığı tarixdən gənc nəslin sağlam və məsuliyyətli inkişafı məsələləri təşkilatın həyata keçirdiyi layihələrin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üzrə IDEA ilə yeni yaradılmış “Cavan” Gənclər Hərəkatı arasında əməkdaşlıq edilməsi, birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !