AMEA Yüksək Texnologiylar Parkı və Almaniyanın Karlsrue Texnologiya Universiteti birgə layihə həyata keçirir. -

AMEA Yüksək Texnologiylar Parkı və Almaniyanın Karlsrue Texnologiya Universiteti birgə layihə həyata keçirir.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında Almaniyanın Karlsrue Texnologiya Universiteti professorları Kristof Xilqers və Lena Mertz ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının və AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanlarının torpaq və yeraltı suyunun keyfiyyətinə təsiri” layihəsinin qalib elan olunmasının qeyd edilməsidir.
Müasir dövrün səbəb olduğu ekoloji çirklənmənin qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu baxımdan vulkanların təbiətdə törətdiyi fəsadları xüsusi qeyd etmək olar. Bu məqsədlə Abşeron yarımadasının bir sıra palçıq vulkanlarının problemlərinin daha ətraflı öyrənilməsi üçün geoloji və geokimyəvi tədqiqatlar aparılır. Azərbaycanda palçıq vulkanlarının yaxınlığında karbohidrogenlər və qazlar ətraf çirkləndiriciləri kimi çıxış edirlər, həmçinin səthə yayılan çirkləndiricilər yeraltı suya qarışaraq ətraf ərazilərdə torpaqları yararsız hala salır. Baş tutan görüşdə də məhz bu problemə toxunularaq palçıq vulkanlarının ətraf mühiti çirkləndirməsinə dair müzakirələr aparılıb.
Tədbirdə çıxış edən AMEA YT Parkın direktoru Vüqar Babayev sözü gedən layihədə müasir və yeni innovativ məhsullardan istifadə edilməsi nəzərdə tutulduğunu bildirib, həmçinin qeyd edib ki, layihənin həyata keçirilməsində PUA-ların (Pilotsuz uçan aparatlar) istifadəsi də planlaşdırılır. Layihədə həm Azərbaycan, həm də Alman tədqiqatçıları mövzu ətrafında işləyəcək və istifadə olunan metodların düzgünlüyünü qiymətləndirəcəklər.

 

 

 

 

 
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !