Tanınmış İT şirkətin rəhbəri peşə təhsili müəssisəsində tələbələrlə görüşdü -

Tanınmış İT şirkətin rəhbəri peşə təhsili müəssisəsində tələbələrlə görüşdü

 Azərbaycan Respublikasının Prezidentinin ötən il təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dair müvafiq tədbirlər keçirilməkdədir. Ölkədə sahibkar düşüncə tərzinin və peşə təhsili sahəsindəki dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində keçirilməli olan tədbirlərdən uğurlu sahibkarlarla təhsil müəssisələrinin tələbələri arasında görüşlərin keçirilməsi mühüm yer tutur. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəvəti ilə ölkəmizin tanınmış iş adamı, “Neyron Teknolocis” MMC-nin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov ötən gün Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə görüş keçirmişdir. Görüş zamanı natiq öz uğur hekayələrini bölüşdü, tələbələrə gələcək fəaliyyətləri ilə bağlı məsləhətlər verdi və onlarla sahibkar düşüncə tərzini aşılanması istiqamətində söhbətlər apardı. Bu görüş tələbələr arasında maraqla qarşılandı. İsmayıl Ələkbərov bu cür görüşlərin mütəmadi keçiriləcəyində maraqlı olduğunu bildirdi, informasiya texnologiyaları sahəsində startap ideyalarını tələbələrlə bölüşdü və bir qrup tələbəyə konkret startap layihələrinin hazırlanması üçün tövsiyyələr verildi.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !