Azərbaycan Xalça Muzeyi 50: - Muzeylərdə tekstil kolleksiyaları adlı dəyirmi masa

Azərbaycan Xalça Muzeyi 50: “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa

16 noyabr 2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirildi.
Azərbaycan Xalça Muzeyinin yubiley tədbirlərindən biri, çoxlu sayda yerli və xarici mütəxəssisləri toplamış “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa oldu. Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyev və muzeyin banisi Lətif Kərimovun məzarları üzərinə gül dəstələri qoymuşlar.
Dəyirmi masanın açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış etdi.
Tədbirdə Azərbaycanın 20-dən artıq tarix-diyarşünaslıq muzeylərinin, eləcə də, paytaxtın Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və əlbəttə ki, Azərbaycan Xalça Muzeyinin əməkdaşları iştirak etdi.
Xarici qonaqlardan Mərkəzi Asiya Xalq Sənətinə Dəstək Şəbəkəsi (Qırğızıstan), Drezden Dövlət Sənət Kolleksiyası (Almaniya), Dövlət Ermitajı (Rusiya), Rusiya Federasiyası Elmlər Akademiyasının Sibir Filialının Arxeologiya və Etnoqrafiya İnstitutu (Rusiya), V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) nümayəndələri var idi.
Dəyirmi masa iştirakçıları xalça, xalça məmulatları, tikmə, milli geyim nümunələrinin mühafizəsi, nümayişi, bərpası və konservasiyasına dair məsələləri müzakirə etdilər.
Öz çıxışlarını Qırğız xalq toxuculuq sənəti nümunələrinin nümayişi ilə müşayiət edən Mərkəzi Asiya Xalq Sənətinə Dəstək Şəbəkəsinin nümayəndələrini xüsusi qeyd etmək lazımdır.
Tədbirin sonunda qərara alındı ki, Azərbaycan Xalça Muzeyi regional muzeylərlə hal-hazırda böyük ehtiyac duyulan tekstil eksponatlarının düzgün atribusiyası sahəsində sıx əməkdaşlıq edəcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !