7 yaşlı Mina Abbasova Macarıstanın I xanımının qarşısında çıxış edib -

7 yaşlı Mina Abbasova Macarıstanın I xanımının qarşısında çıxış edib

Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları Assosiasiyası Budapeştdə
yerləşən “İnterkontinental” otelində ölkənin birinci xanımı Anita Gertseqin
hamiliyi ilə xeyriyyə yarmarkası keçirib.
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi
layiqincə təmsil edib. Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi
sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, milli musiqi sənətini
təbliğ edən kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub.
Stendimizi ziyarətə gələn Macarıstan Respublikasının birinci xanımı Anita Gertsiqi
Azərbaycan milli geyimində olan balaca rəqqaslar və Budapeştdə yaşayan
həmyerlimiz, Bədii Gimnastika üzrə Macarıstan Kubokunun sahibi 7 yaşlı Mina
Abbasova qarşılayıb.
Tədbirin bədii hissəsində balaca Mina öz məşhur nömrəsini təqdim edib.
Xatırladaq ki, Mina Abbasova buna qədər bütün Beynəlxalq tədbir və yarışlarda
valideynlərinin müvəqqəti olaraq yaşadıqları Macarıstanı təmsil edib. O, ilk dəfə
məhz bu tədbirdə - Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları
Assosiasiyasının ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə təşkil olunan
xeyriyyə yarmarkasında Azərbaycan adına çıxış edib. Onun çıxışı tedbir
iştirakçıları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb. Balaca Mina
həmin gün böyük sevinc hisslərini yaşadığını bildirib: “Mən doğrudan da fəxr
edirəm ki, Azərbaycanlıyam!”.
Qeyd edək ki, tədbirdən əldə olunan vəsait Macarıstanda xeyriyyə məqsədləri üçün
sərf ediləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !