Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib -

Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib

Dekabrın 6-da Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 14 avqust tarixli Sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrılıb.

 

Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış olub.

 

Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim – professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər.

 

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzulayıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !