Reyhan Camalovanın Rainergy layihəsinin həyata keçirilməsinə dəstək göstəriləcək - (+FOTO)

Reyhan Camalovanın “Rainergy” layihəsinin həyata keçirilməsinə dəstək göstəriləcək (+FOTO)

AMEA YT Parkda hazırda dünyada tanınan "Rainergy" layihəsinin müəllifi, gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. AMEA Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya mərkəzinin müdiri Vüsal Süleymanlı Reyhan Camalovanı təbrik edərək, ona gələcək işlərində uğurlar arzu edib. Bildirib ki, AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinə qəbul edilən "Rainergy" layihəsinin həyata keçirilməsi, ixtira olunan qurğunun təkmilləşdirilməsi üçün texnoparkda gənc startapçı üçün lazımi şərait yaradılacaq.
AMEA YT Parkın baş sponsoru olduğu,ölkəmizdə “Social Innovation Lab” tərəfindən həyata keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi "ClimateLaunchpad 2017"-nin qaliblərindən olan gənc startapçı Reyhan Camalova ixtirası haqqında ətraflı məlumat verib.
Yağış suyundan enerji istehsalını nəzərdə tutan "Rainergy" qurğusu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 watt enerji deməkdir. Reyhan Camalovanın layihəsi alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı dövrdə, xüsusilə yağıntıların çox olduğu Hindistan, İndoneziya kimi ölkələr üçün əlverişlidir.
15 yaşlı gənc ixtiraçı Reyhan Camalovanın ixtirası noyabrda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Forumunda böyük marağa səbəb olub. Amerika Birləşmiş Ştatları Prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Trampın xüsusi diqqətini çəkib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !