Bakıda beynəlxalq simpozium keçirilir - +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

Bakıda beynəlxalq simpozium keçirilir +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

Simpozium “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub.

 

Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər qatılıblar.

 

Onların sırasında Rusiyadan tanınmış analitik Maksim Şevçenko, Orxan Camal, Türkiyədən Ülke TV-nin rəhbəri Həsən Öztürk, Qazaxıstanın sabiq millət vəkili və ictimai xadimi Murat Abenov və digər nüfuzlu qonaqlar var.
Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan simpoziumun açılış hissəsində Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Qüdrət Həsənquliyev çıxış ediblər.

 

Simpozium davam edir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !