İslam sivilizasiya və İncəsənətinin vəhdəti! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

İslam sivilizasiya və İncəsənətinin vəhdəti! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Islam dini dünyanın ən gözəl dinlərindən biridir. Bu din dostluq, qardaşlıq , sevgi dinidir. Bu din altında biz hər zaman doğruluğu, mərhəməti imanı öyrənmiş, dünyada sülhü bərqərar etməyə çalışmışıq. Artıq neçə illərdir ki, mənfur qonşularımızı saymasaq bütün sərhəd qonşularımızla sıx əlaqədə yaşayır , bir- birimizin mədəniyyətinə, adət ənənələrinə hörmətlə yanaşırıq. Bu qonşularımızdan bizə ən yaxın olanı isə dinimiz, dilimiz bir olan Türkiyə və Iran İslam Respulikasıdır ki, hər zaman dostluq və qardaşlıq içərisində yaşayırıq.

 

AZpress.AZ İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 25 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının Mədəniyyət evində “ İslam Sivilizasiya və incəsənətin vəhdəti “ adlı sərgi keçirilmişdir. Sərgi təşkilatçısı və layihə rəhbərləri olan Elnurə və Aygün İskəndərovaların söylədiklərini nəzərinizə çatdırırıq:-Cənab Prezidentimizin 2017 ci il 10 yanvar sərəncamı görə İslam Həmrəyliyi İlində Layihə Rəhbəri və Təşkilatçısı olduğumuz sərgi tədbirlərin mahiyyəti ondan ibarətdir ki İslamın və Toliratlığın gənclərimizə xalqımıza aşılamaqdır. İl ərzində həyata keçirdiyimiz bütün Sərgi tədbirlərimizin məqsədi İslam Həmrəyliyi İlinin bir başa təbliğinə həsr etdik. “Mən Fəxr Edirəm ki Azərbaycanlıyam” “20 Yanvar Qan Yaddaşım” “Xocalı Faciyəsi Uşaqların Gözü İlə” “31 Mart Soyqrımı” “ 8 Mart Rəssamların Gözü İlə” “Təbiət Möcüzələri” 10 May Gül Bayramı” “1 İyun Uşaqları Sevək” “27 İyun 21-in Sirri” “30 İyun Sevgi Rəssamların Gözü İlə” “ 21 Sentyabr Sülh Günü “Milliliyimizi Qoruyaq” “İslam Oyunlarına Həsr Olunmuş “Sülh Oyunları” “ Şollar 100 İlliyi “Su Həyatdır” “Almanlar Cənubi Qafqazda 200 illiyinə həsr olunumuş” “ 18 Oktyabr Müstəqillik Günü “Kitabların İnsan Həyatında Rolu” 17 Noyabr Dirçıliş günü “Azərbaycanım” və 17-ci sərgimiz “İslam Sivilizasiya və İncəsənətinin Vəhtəti”dir. Sərgi tədbirimiz Azərbaycan Rəssamlar İttifaqı, İ.İ.R nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, T.C Bakı Büyükelçiliyi Kültür və Tanıtma Müşavirliyi və Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə İran Mədəniyyət Mərkəzində baş tutdu, sərgini giriş sözü ilə Layihənin rəhbəri Elnurə İsgəndərova açaraq sərgi tədbir haqda iştirakçıları məlumatlandırdı daha sonra çıxış edənlərdən İ.İ.R nın Azərbaycanın Səfirliyi Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi sərgi tədbirin ölkələr arasında dostluq qardaşlığın vəhtəti olduğunu eyni zamanda nümayiş olunan əsərlərin çox mənalı olduğunu bildirmişdir.

 

Elnurə və Aygün İsgəndərovalara xüsusi təşəkkürünü bildirərək layihənin davamlı olacağını dilə gətirdi bu gözəl tədbir uğurlu tədbirə görə hər kəsi təbrik etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, və digərləri çıxış etdilər. Tədbirin təşkilatçısı Aygün İsgəndərova bildirdi ki bu sərgidə 150-dən çox rəssamın 200 qədər işi nümayiş olunur. Əsərlərdə İslam dünyasının gözəllikləri tolirantlıq öz əksini tapmışdı. Tədbirin sonunda sərgi iştirakçıları diplomlarla və xüsusi fərqlənənlər Fəxri Fərmanlara və Layihə rəhbəri Elnurə İsgəndərova Təşkilatçısı Aygün İsgəndərova İran Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla mükafatlandırıldılar.

 

 

AZpress.AZ, Minə Türksoy. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !