Yeni il bayramı şənliyi - + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

“Yeni il” bayramı şənliyi + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

Hər il olduğu kimi “Kainat” Gənclik Mərkəzi iki istiqamət üzrə ayrı-ayrı məkanlarda uşaqlar üçün 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və “Yeni il” bayramı münasibəti ilə şənliklər təşkil edib. Əsasən sosial müdafiəyə, sağlamlığının bərpasına ehtiyacı olan körpələr üçün ayrı-ayrı şirkətlərin dəstəyi ilə baş tutan tədbirlərdə Bakı və bakıətrafında fəaliyyət göstərən təlim və tərbiyyə ocaqlarının sakinlərinin iştirakına üstünlük verilib. Mərkəz bu layihələrin bir neçəsini yerlərdə keçirilməsini də təmin edir. 2017-ci ilin Dekabr 31-dən 2018-ci ilin yanvar ayının 3-nə kimi davam edən layihə çərçivəsində yüzlərlə uşaq sevimli nağıl qəhrəmanları ilə şənliklər zamanı oyunlarda, viktorinalarda fəali iştirak etməklə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Şənliklərdə həmçinin UNHCR Azerbaijan Nümayəndəliyinin xətti ilə ölkəmizdə məskunlaşmış əcnəbi ailələrdən olan qaçqın uşaqlar da yeni il sevincini yaşayıblar. Şaxta Baba və Qar Qız ənənəvi olaraq bu kateqoriyadan olan uşaqları hədiyyələrlə və şirniyyət dəsti ilə mükafatlandırıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /.. “Kainat” Gənclik Mərkəzi /..Dünya Azərbaycanlılarının Həmrəyliyi günü /..“Yeni il” bayramı /..sosial müdafiə /..Şaxta Baba /..Qar Qız /..UNHCR Azerbaijan Nümayəndəliyi /..Rüstəm İsmayılov

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !