Yeni İRQ-ə məxsus insan gəlir... - - SOS (+VİDEO)

Yeni İRQ-ə məxsus insan gəlir... - SOS (+VİDEO)

Bir çox araşdırmaçıların bizim yaradıcılarımız hesab etdikləri yadplanetlilər genetik eksperimentlərini davam etdirərək yeni irq meydana gətirirlər.

 

Xarici media xəbər verir ki, bəzi müstəqil araşdırmaçılar bunu planetimizdə tamamilə yeni DNK-ya məxsus insanların yaranması ilə sübut edir. Bəzən onları yadplanetlilərin və ya ulduzların uşaqları - indiqo adlandırırlar. Araşdırmaçılar hesab edirlər ki, yadplanetlilər insan cildinə girərək, irqləri dəyişməyə çalışır.

 

Bu tip uşaqlar öz həmyaşıdlarından boyca hündür və daha ağıllı olmaları ilə seçilirlər. Məsələn, onlar gələcəyi görə, ekstrasensliklə məşğul ola və hətta kontaktsız müalicə edə bilirlər.

 

DNK-sı fərqli olan bu cür uşaqların sürətlə artması onu deməyə əsas verir ki, yadplanetlilər şifrələri dəyişməklə insanları inkişafın daha üstün mərhələsinə hazırlamağa çalışırlar. Bu o qədər də uzaqda olan bir gələcək deyil. Konspiroloqlar bunun geniş ictimaiyyətdən gizli saxlanıldığını bildirirlər. Bunun da səbəbi kütləfi xofun qarşısını almaqdır:

 

“Təsəvvür edək ki, bir çoxları doğduqları uşaqların yeni irq yaratdığını və onların da məqsədinin Yer planetini ələ keçirmək olduğunu öyrənirlər. Əlbəttə, bundan sonra onların keçirəcəyi sarsıntını təsəvvür etmək çətin deyil”, - konspiroloqlar qeyd edir. 

 

teleqraf.com

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !