"Zirvəyə doğru "adlı solo konsert - + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

"Zirvəyə doğru "adlı solo konsert + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

AZpress.AZ informasiya Agentliyinin xəbərinə əsasən bildiririk ki, 26 yanvar 2017- ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında gənc olmasına baxmayaraq istedadlı pianoçu Cəmil Sədizadənin "Zirvəyə doğru " solo konserti keçirilmişdir. Bir çox Beynəlxalq müsabiqələr laureatı olmuş gənc pianoçunun ifasında özünə məxsus peşəkarlıq hiss olunurdu. Körpə barmaqlarını pianoya toxundurduğu andan dəyişən, ciddi sima alan Cəmilin ifası olduqca hər kəsdə maraq oyatmişdır. Onun peşərkacasına səhnəyə çıxışı, piano qarşısına keçib ifa etməsi sanki illərin zəhmətindən xəbər verirdi.
Qeyd edək ki, gənc ifaçınım konsertinə bir çox tanınmış mədəniyyət işçiləri ,dövlət nümayəndəliyi, media qurumları təşrif buyurmuşdu.
Gənc ifaçının repertuarı olduqca zəngin və maraqlı idi. F.Şopen, L.V. Bethoven, Q. Qarayev, S.Slonimski, İ.Brams kimi əvəzolunmaz bəstəkarların əsərləri konsertdə səsləndirilmişdir.
Konsertin ən maraqlı anı isə Cəmil Sədizadənin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə birgə , misilsiz moestro Rauf Abdullayevlə səhnəni bölüşməsi idi. Böyük bir orkestrlə bu qədər peşəkar ifa etməklə Cəmil Sədizadə bir daha sübut etdi ki,o həqiqətən bu sənətin zirvəsinə layiqdi.
Nəzərinizə çatdıraq ki , Cəmil Sədizadənin böyük uğurları məhz ona dərs deyən müəllimi Əməkdar Mədəniyyət işçisi Tamilla Məmmədovanin adı ilə bağlıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !