Excelsior Hotel & Spa Baku oteliilin otel və SPA kompleksi seçilib -

“Excelsior Hotel & Spa Baku” oteliilin otel və SPA kompleksi seçilib

“Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award” mükafatının təqdimetmə mərasimində “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraza təqdim edilib.
Təqdimetmə mərasimində otelin baş meneceri Turhan Poyraz “Business Time” jurnalının rəhbərliyini oteli bu mükafata layiq gördükləri üçün təşəkkür edib. Turhan Poyraz bildirib ki, Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel & Spa Baku” otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir.
“Excelsior Hotel & Spa Baku” oteli 2017-ci ildə sosial və biznes yonümlü tədbirlərin keçirilməsində fəal olmuşdur. Otelinin təşkilatçılığı ilə 2017-ci ildə “Baku Fashion 2017” tədbiri, “Yay tədbiri”, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlarvə digər tədbirlər keçirilmişdir. “Media Consulting& Services” şirkətinin apardığı monitoqinqə görə “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycanda fəaliyyət göstərən otellər arasında mətbuatda işıqlanan məlumatların sayına görə 2017-ci ilin yanvar, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr və noyabr aylarında birinci olmuşdur.
“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !