RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB - (+FOTOLAR)

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB (+FOTOLAR)

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Teymur Bünyadova Azərbaycan Respublikasının “Şərəf” ordenini, həmçinin bir qrup gənc alimə AMEA-nın Fəxri Fərmanlarını təqdim edib.
İclasda AMEA-nın Naxçıvan Bölməsi ilə telekörpü yaradılıb.
Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Alim bildirib ki, "İslam Həmrəy¬liyi İli" ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, mühüm əhəmiyyətli kitablar nəşr olunub, mul¬ti¬di-ssip¬linar sahədə müştərək elmi tədqiqatlar aparılıb. Natiq mühüm elmi nəticələrə dair statistik məlumatları nəzərə çatdırıb: "Bölmənin elmi müəssisələrində 8 elmi istiqamətdə 33 problemi əhatə edən 129 mövzuda 277 mərhələdə 297 iş üzrə tədqiqatlar aparılıb, 57 mövzu üzrə 225 mərhələdə 228 iş tamamlanıb, 8 elmi nəticə tətbiq olunub. 2017-ci ildə bölmənin elmi müəssisələri tərəfindən 3-ü xaricdə olmaqla 67 kitab, 6-sı xaricdə olmaqla 100 monoqrafiya, 325-i xaricdə olmaqla 1251 məqalə, 71-i xaricdə olmaqla 417 tezis nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 39 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 850-dir. Həmçinin, bölmə tərəfindən 19 respublika və 16 beynəlxalq əhəmiyyətli tədbir keçirilib".
Kadr hazırlığından danışan natiq bildirib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 dis¬ser¬tasiya işi müdafiə edilib. Hazırda bölmədə 32 əyani, 38 qiyabi doktorant və 174 dissertantın təhsil aldığını qeyd edən akademik magistratura üzrə 2 nəfərin təhsilini davam etdirdiyini diqqətə çatdırıb.
Məruzəçi elmlə təhsilin inteqrasiyası istiqamətində işlərin hesabat ilində də davam etdirildiyini söyləyib. Vurğulayıb ki, bölmənin bir sıra institut və təşkilatlarında ali məktəblərin tələbələri təcrübə keçiblər. Alimlər, eyni zamanda Bakı şəhərinin ali və orta təhsil müəssisələrində təşkil olunan tədbirlərdə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Bölmənin beynəlxalq əlaqələrinin genişləndiyini deyən akademik qeyd edib ki, elmi müəssisələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, İtaliya, Çexiya, Polşa, Türkiyə, İsrail, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yaponiya, Çin və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığı davam etdiriblər.
Elektron elmin vəziyyətindən danışan N.Axundova hesabat ilində bölmə saytının fəaliyyətinin təkmilləşdirildiyini, elmi müəssisələrin əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışının ge¬niş¬-ləndirildiyini bildirib. Eyni zamanda, bir neçə elmi müəssisənin saytının yenidən qurulduğunu, digərlərinin isə daha müfəssəl şəkildə fəaliyyət göstərdiyini vurğulayıb. AMEA-nın elmi müəssisə və təşkilatları arasında "İlin ən yaxşı veb-saytı" nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticəsinə uyğun olaraq bölmənin iki elmi müəssisəsinin saytının 3-cü və 4-cü yerlərə layiq görüldüklərini diqqətə çatdırıb.
Təltiflər və mükafatlar haqqında danışan məruzəçi ötən il bölmə əməkdaşlarının elmi fəaliyyətlərinin dövlət, həmçinin yerli və xarici qurumlar tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib. Vurğulayıb ki, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikası Prezidentinin Sərən¬ca¬mı ilə "Şöhrət" ordeni ilə təltif olunub. N.Axundova bölmənin bir neçə əməkdaşının respublika və beynəlxalq səviyyəli mükafatlara layiq görüldüklərini vurğulayıb.
Məruzə dinlənidikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Ölkə başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" və "Azərbaycan Xalq Cüm¬huriy¬yətinin 100 illik yubileyi haqqında" Sərəncamlarının icrası ilə əlaqədar birgə tədbirlər, elmi tədqiqat əsərlərinin hazırlanması və ictimaiyyətə təqdim olunması, həmçinin bölmə əməkdaşlarının Thomson Reuters və digər elmi bazalarından istifadə imkanlarının genişləndirilməsi, ictimai elmlər sahəsində magistratura və doktorantura təhsilində elmin müasir tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi ilə yanaşı, numizimatika, epiqrafiya, antropo¬lo¬gi¬ya, etnososiologiya, kultrologiya kimi nadir ixtisaslara gənc kadrların cəlb olunması işinə nə¬zarətin gücləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, həmçinin AMEA-nın Şərqşünaslıq və İqtisadiyyat institutlarının 60 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib. Natiq bildirib ki, AMEA Rə¬¬ya¬sət Heyəti tərəfindən təsdiq edi¬lən plana uyğun olaraq tədqi¬qat işlərinə yeni elmi tələb¬lərlə yanaşılıb, Nax¬çıvanın ta¬ri¬xi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, tə¬bii sər¬vətləri, flora və fau¬nası, torpaq örtüyü sistemli şəkil¬də öy¬rənilib. Vurğulayıb ki, he¬sa¬bat ilində bölmədə ölkə başçısının 11 fər¬man və sərən¬camı, Azərbaycan Respub¬likası Nazirlər Kabinetinin 16 qərar və sərəncamı, Nax¬çıvan Muxtar Respublikasının Ali Məc¬li¬si və Nazirlər Kabinetinin 23 fər¬man, sərən¬cam və qərarı, AMEA-nın 6 sərəncam və qərarı icra edilib.
Mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdıran İ.Hacıyev bildirib ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuda 34 iş 79 mərhələdə ye¬rinə yeti¬ril¬ib. 2017-ci ildə bölmə əməkdaşlarının 33 monoqrafiyası, 17 ki¬tabı, 2 atlası, 2 dərsliyi, 1 kitabçası, 1 metodik vəsaiti nəşr edilib, həmçinin 515 el¬mi məqalə, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsər çapdan çıxıb. Əsərlərdən 1-i monoqrafiya, 1-i kitab, 90-ı el¬mi məqalə, 72-si kon¬frans ma¬te¬rialı, 1-i tezis olmaqla 165 elmi əsər xaricdə işıq üzü görüb. İm¬pakt faktorlu jurnallarda dərc olun¬an elmi məqa¬lə¬lərin sayı isə 45-dir.
Akademik bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiq yönümlü işlər haqqında məlumat verib: "Darıdağ arsen¬li suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradıl¬ıb, eyni zamanda Biləv zəy süxurundan 3 birləşmənin alınması is¬tiqamətində geniş tədqiqatlar aparılıb. Nax¬çıvan Muxtar Respublikası ərazisində yem, dər¬man, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün ya¬¬rarlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flava¬noidli, vitaminli, kos¬metik və digər olmaqla, ümumilikdə 27 faydalı bitki qrupu müəyyən edilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudul¬muş dərman bitkilər¬dən ibarət qarışıq¬lar hazırlanması üçün sertifikatlar alınıb. Dər¬man bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb Böl¬mənin "Yaşıl aptek"inə, eyni za¬manda muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib.
Elmlə təhsilin inteqrasiyasından danışan natiq vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Nax¬çı¬van Muxtar Respub¬li¬ka¬sının elm, ali və orta ixtisas təhsili mü¬əs¬si¬sələri ilə ümumtəhsil məktəbləri arasın¬da əlaqələrin təşkili haqqın¬da" Sərəncamına uyğun ola¬raq 54 elmi dərəcəli əməkdaş Muxtar Respub¬li¬kanın 38 ümum¬¬¬təhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib, həmçinin 11 əməkdaş in¬¬teraktiv dər¬s tədris edib.
Məruzəçi beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fran¬sa¬, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıs¬tan¬, İran və digər ölkələrin elm və təh¬sil müəssisələri ilə sıx əmək¬daşlıq edilib. 2 respub¬li¬ka səviyyəli qrant la¬yi¬həsinin icrasının başa çatdığını bildirən natiq 1 beynəlxalq və 3 respublika sə¬viyyəli qrant layihəsinin isə icrasının davam etdirildiyini vurğulayıb.
Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm ha¬di¬sələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin Elmi Ki¬tabxa¬na¬sında müx¬¬təlif elm sa¬hə¬lərinə aid 227 kitabın elektron variantı hazırlanıb.
İ.Hacıyev kadr hazırlığının hesabat ilində də davam etdirildiyini, bölmə əməkdaşlarından 1 nəfərin elm¬lər doktoru, 7-nin fəlsəfə dok¬¬toru elmi dərə¬cəsi, 2-nin isə dosent elmi adı aldığını söyləyib. Qeyd edib ki, hazırda böl¬mədə 23 nəfər dok¬torant, 26 nəfər disser¬tant təd¬qi¬qatlarını da¬vam etdirir¬lər.
Təltiflər və mükafatlardan danışan natiq bildirib ki, bölmə əməkdaşları tərəfindən hazırlanan "Naxçıvan tarixi" çox¬cildliyi 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin AMEA-nın müxbir üzvü H.Qədirzadənin "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" kitabı Ali Məclis Səd¬rinin mükafatına layiq görülüb. Eyni zamanda bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.
Məruzə dinlənidikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Bölməyə ölkə başçısının "Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı" elan olunması haqqında Sərəncamı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, həmçinin "Azərbaycan Xalq Cümhuriy-yətinin 100 illik yubileyi haqqında" və "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamlarının icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.
Gündəlikdə yer alan sonuncu məsələ elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatı haqqında olub. AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev müsabiqəyə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən ümumilikdə 22 işin təqdim edildiyini və yekun qiymətləndirmənin başa çatdığını bildirib. İclasda qəbul olunan qərara əsasən, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov Rəyasət Heyətinin mükafatına layiq görülüblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !