Büro rəsmi saytını istifadəyə verdi -

Büro rəsmi saytını istifadəyə verdi

Sayt Büronun fəaliyyətini xəbərlər bölməsində geniş şəkildə işıqlandırır. İnteraktivliyi ilə seçilən saytda ölkəmizdə baş tutacaq önəmli turizm tədbirlərinin siyahısı qeyd olunur.

 

Bundan əlavə internet istifadəçiləri şəkil və video qalereyaya nəzər yetirə bilər. Burada Büronun iştirakı ilə baş tutmuş tədbirlərin və fəaliyyətlərin qısa video təqdimatları yerləşdirilir. Ölkə turizminin statistik məlumatları da saytda öz əksini tapıb.

 

İnternet səhifəsində Milli Turizm Təbliğat Bürosunun nəzarətində olan Salambaku.travel və Azerbaijan.travel saytlarına və eləcə də, aylıq nəşr Baku Guide jurnalına keçidlər mövcuddur.

 

Hörmətlə,
Milli Turizm Təbliğat Bürosunun
mətbuat katibi
Kənan Quluzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !