Müğənni Səbinə Əskərova yeni mahnısını təqdim edib VIDEO
Bu xəbəri paylaş
AZpress.AZ saytı xəbər verir ki, sənətçi 90-cı illərin hiti olan "Sev" mahnısını repertuarına daxil edib.
Bu haqda açıqlama verən Səbinə Əskərova mahnını ifa etməzdən öncə müəllifləri və mahnının ilk ifaçısını icazə üçün xeyli axtardığını da əlavə edib:
"Bu axtarışlarımız bir fayda vermədi. Müəlliflərdən heç birini nəinki tapa bilmədim, heç müəlliflərin kim olduğunu belə öyrənə bilmədik. Bircə onu öyrəndik ki, mahnının ilk ifaçısı Amerikada yaşayır. Onları tapa bilmədiyimdən mahnını icazəsiz ifa etməli oldum".
Səbinə Əskərova mahnının yeni aranjimanda ərsəyə gətirilməsində Fərid Ağaya təşəkkür edib.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !