Coğrafiya İnstitutunda tədris-metodiki toplanış keçirilib -

Coğrafiya İnstitutunda tədris-metodiki toplanış keçirilib

Fevralın 9-da AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda əməkdaşların iştirakı ilə tədris-metodiki toplanış keçirilib.

 

İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov AMEA Prezidenti akademik Akif Əlizadənin 780 saylı 12 dekabr 2017-ci il tarixli “2017-ci ilə AMEA-da Mülkü Müdafiə hazırlığının yekunları və 2018-ci il üçün təşkilatı göstərişlər haqqında” sərəncamını rəhbər tutaraq İnstitutda 2018-ci ildə Mülkü Müdafiə işlərinin hazırlığının təşkili haqqında əməkdaşlara məlumat verib.

 

Sonra Coğrafiya İnstitutu Mülki Müdafiə qərargahının rəisi Namazəli Mustafayev Coğrafiya İnstitutunda mülki müdafiə qüvvələrinin və MM qüvvələrinə daxil olmayan əməkdaşların maarifləndirilməsi işinin gücləndirilməsi, mülki müdafiə istiqamətində biliklərin artırılması məsələlərindən danışıb, mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində İnstitut əməkdaşlarının hazırlıqlı olmalarının vacibliyini qeyd edib və vaxtaşırı mülki müdafiə üzrə praktik məşğələlərin keçirilməsinin zəruriliyinə diqqəti çəkib.
Tədbirin sonunda N.Müstafayev iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !