Azərbaycan qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans -

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans

Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

 

Hörmətli KİV nümayəndələri!

 

Fevralın 21-də, saat 11:00-da Prezident İlham Əliyevin sərəncamına əsasən elan olunmuş “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

 

Sizi tədbirə dəvət edirik.

 

Konfransda Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və tarixçi alimlər çıxış edəcəklər.

 

Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !