Botanika İnstitutunun doktorantları Almaniyada Ekofiziologiya modulu üzrə təlim kursunda iştirak edib - (+FOTOLAR)

Botanika İnstitutunun doktorantları Almaniyada “Ekofiziologiya” modulu üzrə təlim kursunda iştirak edib (+FOTOLAR)

AMEA Botanika İnstitutu və Goethe Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti(Almaniya) arasında imzalanmış Memorandum çərçivəsində Botanika İnstitutunda “Biomüxtəliflik və iqlim dəyişmələri” adlıbeynəlxalq laboratoriya fəaliyyət göstərir. Müştərək proqram çərçivəsində İnstitutun doktorantları Nigar Mürsəl qızı və Aynurə Cəfərova 2 ay müddətindəFrankfurt Universitetində “Ekologiya və Təkamül” programının “Ekofiziologiya” modulu üzrətəlim kursunda iştirak ediblər.


İnstitutun professoru Dr. Wolfgang Brüggemann tərəfindən təşkil olunmuşkursun əsas məqsədi müxtəlif iqlim amillərinin təsiri altında bitkilərdə baş verən fizioloji proseslərinaraşdırılması üzrə nəzəri və praktiki məşğələlərdən ibarət olub.


Kurs müddətində iştirakçılar istilik vəquraqlıq stressi zamanı bitkilərdə zülal vəkarbohidrat səciyyəsində, fotosintez prosesində baş verən dəyişikliklərin tədqiqi metodlarına (RNT ekstraksiyası,gel elektroforez, PAM, PEA, FluorCamm və s.) yiyələniblər.
N. Mürsəl qızı və A.Cəfərova kurs müddətində apardıqları tədqiqatlar üzrəəldə etdikləri nəticələrə dair təqdimatla çıxış edibvə sertifikata layiq görülüblər.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !